"Tam hazır olmasaq da, bir neçə matçdan sonra hər şey öz qaydasına düşəcək"

"Türkiyə toplanışı çox yaxşı keçdi. Fiziki yükləmələri və oyunlarda lazım olan gücü almaq vacib idi. Düşünürəm ki, onu da normal şəkildə etdik". 

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ"nin müdafiəçisi Murad Musayev deyib.

Türkiyədəki toplanış haqda danışan Musayev komandasının yoxlama görüşlərini və çempionata nə dərəcədə hazır olub-olmadıqlarını dəyərləndirib: "Yoxlama oyunlarında əsas nəticə deyil, oyun ritmini əldə etməkdir. Ona görə də, hansısa matçımızı fərqləndirməzdim. "Teplitse" ilə görüşdəki davaya gəlincə, bu, futbolda olan xırda məsələlərdi. Tam hazır olmasaq da, bir neçə matçdan sonra hər şey öz qaydasına düşəcək. Məşqçilərin verdiyi hər şeyi yerinə yetirəcəyik".

Premyer Liqanın 19-cu turunda "Qəbələ" sabah "Kəpəz"in qonağı olacaq. Komandasının aparıcı üzvü Gəncə səfərinin ağır keçəcəyini bildirib: "İlk oyunlar həmişə ağır olur. Fasilədən sonra birinci oyunumuza çıxacağıq. "Kəpəz"lə səfər oyunu bizim üçün çətin olacaq. Amma məqsədimiz qələbə qazanmaqdır. Ağır olsa da, bunun üçün çalışacağıq. "Kəpəz" yaxşı komandadı, təcrübəli məşqçiləri var, heyətində yaxşı oyunçular oynayır. Çalışacağıq ki, qələbə ilə dönək".

Mirbağırağa

Tarix: 23 Yanvar [12:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Fevral 2023
8  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio