Azərbaycan çempionatı: Liderlərin duelində NTD sevindi

Azərbaycan Basketbol Liqasında (ABL) 15-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, turun açılış oyununda ilk iki pillədə qərarlaşmış “Sərhədçi” və NTD komandaları üz-üzə gəliblər.
“Sərhədçi” İdman Mərkəzində keçirilən matç NTD-nin qələbəsi ilə yekunlaşıb – 79:78.

 

Ən məhsuldar basketbolçular “Sərhədçi”dən Endər Poladxanlı (20 xal, 4 ribaund ), NTD-dən isə Londel Kinq (27 xal, 23 ribaund) olub.

 

Turun digər oyunlarında “Sabah” “Zirvə Astara”nı, “AAAF Xırdalan” “Neftçi İK”nı, “Gəncə” isə “Olimpik Şəki”ni sınağa çəkəcək. Bu görüşlər 28-29 yanvarda keçiriləcək.

Tarix: 24 Yanvar [22:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Fevral 2023
8  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio