"Səbail" - "Kəpəz" matçında dava düşdü, azarkeş bıçaqlandı

20:37 - 31 Yanvar 2023

Azərbaycan Premyer Liqasının 21-ci turunda keçirilən “Səbail” - “Kəpəz” azarkeşləri arasında dava düşüb.

 

Sportal.az Newsport.az-a istinadən xəbər verir ki, "dənizçilər"in azarkeşi Gəncədən gələn azarkeşlərdən birinə bıçaqla xəsarət yetirib. O, təcili yardımla xəstəxanaya çatdırılıb. 

 

Qeyd edək ki, "Səbail" - "Kəpəz" qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Xəbər xətti