"Çelsi"ni "Arsenal"a dəyişdi - RƏSMİ

10:06 - 1 Fevral 2023

İngiltərə Premyer Liqasının lideri olan "Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "topçular" "Çelsi"nin yarımmüdafiəçisi Jorjinyonu transfer edib. Bu barədə şimali londonluların rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Jorjinyo "Çelsi"yə 2018-ci ilin yayında "Napoli"dən transfer olunmuşdu. İtaliya millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 25 matçda 3 qol vurub.

Xəbər xətti