"Qarabağ" sifariş ərizəsini UEFA-ya göndərdi, yeni qapıçı gəlmədi - SİYAHI

10:42 - 3 Fevral 2023

"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinin "Gent"lə görüşləri üçün sifariş ərizəsini UEFA-ya göndərib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi qapıçı axtarışında olsa da, yeni qolkiper gətirə bilməyib. Siyahıda Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynov yer almayıb.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov; 94. Ayhan Arazlı

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 87. Adama Diakabi

Hücumçular: 9. Musa Qurbanlı, 77. Ramil Şeydayev, 99. Redon Cica.

"Qarabağ"ın "Gent"ə qarşı ilk görüşü fevralın 16-da Bakıda, cavab matçı isə bir həftə sonra Belçikada oynanılacaq.

Xəbər xətti