Premyer Liqanın 20-ci turunun “Kəpəz”lə (1:0) görüşündə zədələnən Luvaqo Kizitonun durumuna aydınlıq gətirilib.
Sportal.az xəbər verir ki, uqandalı hücumçu Gəncə klubu ilə matçda ikili toqquşmadan sonra zədələnərək 31-ci dəqiqədə əvəzlənmişdi. Amma MRT müayinəsindən sonra onun zədəsinin ciddi olmadığı dəqiqləşib.
Afrikalının Premyer Liqanın 21-ci turunun “Sabah”la səfərdəki görüşündə meydana çıxacağı ehtimal edilir.
Xatırladaq ki, matç fevralın 6-da “Bank Respublika Arena”da keçiriləcək və 18:00-da start götürəcək.
saytlarin hazirlanmasi