"Fənərbaxça" "Barselona"dan transfer etdiyi futbolçunu icarəyə verdi

12:59 - 4 Fevral 2023

"Fənərbaxça" "Barselona"dan transfer etdiyi Emre Demiri icarəyə verib.

Sportal.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi "Samsunspor"a keçib. Gənc vinger mövsümün sonuna kimi icarə əsasında I Liqa təmsilçisinin heyətində çıxış edəcək.

Qeyd edək ki, Emre Demir mövsümün əvvəlində "Kayserispor"dan "Barselona"ya transfer olunmuşdu. Türkiyə U-19 millisinin üzvü Kataloniya təmsilçisinin ikinci komandasında oynayıb.

Xəbər xətti