AFFA açıqladı: Bütün matçlar sükutla başlayacaq

18:14 - 7 Fevral 2023

Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi AFFA tərəfindən təşkil olunan bütün yaş qrupları üzrə liqaların və Region Liqasınının oyunlarında 1 dəqiqəlik sükutla yad ediləcək.

Sportal.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi feysbuk səhifəsində paylaşım edilib.

"Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!", - postda qeyd olunub.

Xəbər xətti