Millimizin rəqibinin baş məşqçisi açıqlandı - RƏSMİ

12:32 - 8 Fevral 2023

Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika seçməsinin yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ı Domeniko Tedesko çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. İtalyan mütəxəssislə Avropa çempionatının sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Belçika yığması 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində İsveç, Estoniya, Avstriya və Azərbaycanla mübarizə aparacaq. Millimiz Belçika ilk oyunu 2023-cü il sentyabrın 9-da Bakıda, cavab görüşünü isə noyabrın 19-da Brüsseldə keçirəcək.

Xəbər xətti