İtaliya millisinin üzvü "Qalatasaray"da - RƏSMİ

10:32 - 9 Fevral 2023

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, istanbul təmsilçisi "Roma"dan Nikolo Zanyolonu transfer edib. "Sarı-qırmızılar" 23 yaşlı yarımmüdafiəçi üçün İtaliya klubuna 5 il ərzində 15 milyon avro ödəyəcək.

 

"Qalatasaray" Zanyolo ilə 4,5 illik müqavilə imzalayıb. Futbolçu Super Liqa təmsilçisində illik 2,7 milyon avro maaş alacaq. İtaliya millisinin üzvünün sərbəstqalma məbləği 35 miılyon avro müəyyənləşdirilib.

Xəbər xətti