"Qalatasaray"da oynamış müdafiəçi "Fənərbaxça"ya keçir

13:30 - 27 Mart 2023

"Fənərbaxça" İspaniyadan müdafiəçi gətirməyə hazırlaşır.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Sevilya"nın üzvü Markao ilə maraqlanır.

Artıq danışıqlara start verilib.

"Fənərbaxça" öncə braziliyalını icarəyə götürmək niyyətindədir. "Qalatasaray"da oynamış mərkəz müdafiəçisi Əndəlusiya klubunda əsas heyətə düşə bilmir. O, bu mövsüm cəmi 7 oyunun iştirakçısıdır.

Xəbər xətti