"Qalatasaray" azarkeşləri Zubirin transferini istəyir - FOTO

17:04 - 27 Mart 2023

"Qarabağ" yoldaşlıq oyunu çərçivəsində Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan matçda Azərbaycan klubunun futbolçusu Abdullah Zubir oyunu ilə türk fanatların sevgisini qazanıb. "Sarı-qırmızılar"ın azarkeşləri fransalı vingerin instaqram hesabına axın ediblər. Onlar Zubirə "coma to Galatasaray" ("Qalatasaray"a gəl) şərhləri yazıblar.

Qeyd edək ki, Abdullah Zubir "Qarabağ" - "Qalatasaray" görüşünə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. 31 yaşlı futbolçu Ağdam təmsilçisinin yeganə qolunun ötürməsini verib.


Xəbər xətti