"Arsenal" və "Çelsi" belçikalı futbolçunu istəyir

19:13 - 27 Mart 2023

"Everton"un yarımmüdafiəçisi Amadu Onana Premyer Liqanın nəhəng klublarının transfer siyahısına düşüb.

Sportal.az xəbər verir ki, "Arsenal" və "Çelsi" 21 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb. London klubları Belçika millisinin üzvü üçün yayda Liverpul təmsilçisinə təklif göndərəcəklər.

Qeyd edək ki, Amadu Onana "Everton"a mövsümün əvvəlində "Lill"dən keçib. Gənc oyunçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti