Bombardir təltif edildi - FOTO

22:19 - 23 May 2023

Futbol üzrə Azərbaycan I Divizionun XXX turunun “Araz Naxçıvan” – “Zaqatala” (2:0) görüşünün ardınca keçirilən mükafatlandırma mərasimində turnirin bombardirinə xüsusi hədiyyə təqdim olunub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, yarışı qalib kimi başa vurmuş “Araz Naxçıvan”ın hücumçusu Orxan Əliyev 27 qolla I Divizionda 2022/2023-cü illər mövsümünün ən sərrast futbolçusu seçildi.

Xatırladaq ki, 27 yaşlı futbolçu vaxtı ilə “Sumqayıt”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Zirə”, “Sioni” klublarında oynayıb.

Xəbər xətti