"Qalatasaray" 15 milyon avroluq təklifi rədd etdi

15:13 - 31 May 2023

"Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlu karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 24 yaşlı vingerin xidmətində "Latsio" maraqlıdır. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

Paytaxt klubu türk futbolçu üçün "sarı-qırmızılar"a 15 milyon avroluq təklif göndərib. İstanbul təmsilçisi isə oyunçusu üçün 20 milyon avro və növbəti satışdan 20 faizlik pay tələb edir. Tərəflər arasında danışıqlar davam edəcək.

Qeyd edək ki, "qalatasaray" Kerem Aktürkoğlunu 2020-ci ilin yayında "Erzincanspor"dan transfer edib. Türkiyə millisinin üzvü cari mövsümdə "cim bom"un heyətində meydana çıxdığı 37 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti