"Mançester Yunayted" İngiltərə millisinin üzvünü transfer edəcək

19:57 - 1 İyun 2023

"Mançester Yunayted" mövsümlərarası fasilədə heyətini yeni futbolçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Çelsi"nin yarımmüdafiəçisi Meyson Mauntu transfer edəcək. Bu barədə Fabritsio Romano məlumat yayıb.

"Mançester Yunayted" ingilis vingerlə bütün şərtləri razılaşdırıb. "Çelsi" futbolçusu üçün 80 milyon avro tələb edir. "Mançester Yunayted" bu məbləğin ödəməyə hazırdır.

Qeyd edək ki, Meyson Maunt "Çelsi"nin yetirməsidir. İngiltərə millisinin üzvü əsas komandanın heyətində meydana çıxdığı 195 rəsmi matçda 33 qol və 37 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti