Ramil Şeydayev Tayland klubu ilə müqavilə imzaladı

16:53 - 5 İyun 2023

Azərbaycan millisinin üzvü Ramil Şeydayev artıq rəsmi olaraq "Buriram Yunayted"in futbolçusudur.

Sportal.az xəbər verir ki, forvard Tayland klubu ilə müqavilə imzalamaq üçün bu ölkəyə yollanmışdı. Artıq tərəflər arasında iki illik müqavilə imzalanıb.

Amma o, milli komandamızın AÇ-2024-ün Estoniya ilə görüşü üçün Bakıya qayıdıb. İyunun sonlarında isə 27 yaşlı futbolçu "Buriram Yunayted"in hazırlığı üçün Taylanda yollanacaq və komandasının düşərgəsinə qoşulacaq.

Xatırladaq ki, "Zenit" yetirməsi olan Ramil "Rubin", "Trabzonspor", "Jilina", "Qarabağ", "Krılya Sovetov", "Dinamo"(Moskva), "Sabah" klublarının formasını geyinib.

Xəbər xətti