"Arsenal"ın əfsanəsi "Qəbələ"ni təbrik etdi

20:54 - 6 İyun 2023

London "Arsenal"ının əfsanəvi futbolçusu Toni Adams "Qəbələ"ni Azərbaycan Kubokunun qalibi olmaq münasibətilə təbrik edib.

Sportal.az xəbər verir ki, veteran müdafiəçi sosial şəbəkə hesabında "qırmızı-qaralar"ın prezidenti Fariz Nəcəfovla fotosunu paylaşaraq təbrikini çatdırıb:

"Qəbələ" klubunu Azərbaycan Kubokunun qalibi olmaq münasibətilə təbrik edirəm. Əla işdir, Fariz Nəcəfov, mən bir neçə akademiya oyunçusunu gördüm".

Qeyd edək ki, Toni Adams 2010-cu ilin may ayından 2011-ci ilin noyabrınadək "Qəbələ"nin baş məşqçisi olub.


Xəbər xətti