"Qalatasaray"dan Okan Buruk qərarı

17:17 - 7 İyun 2023

Türkiyənin "Qalatasaray" klubu baş məşqçi Okan Burukla yola davam edəcək.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 49 yaşlı məşqçinin müqaviləsinin müddətini uzadıb. 2022-ci ilin yayında "sarı-qırmızılar"la 1+1 illik müqavilə imzalayan türk mütəxəssisin sözləşməsi 2024-cü ilin yayına kimi artırılıb.

Qeyd edək ki, Okan Buruk "Qalatasaray"ın baş məşqçisi kimi ilk mövsümündə Türkiyə çempionu olmağı bacarıb.

Xəbər xətti