Mahirin komandası növbəti mərhələyə vəsiqə qazandı - VİDEO

09:32 - 28 Sentyabr 2023

Xorvatiyada ölkə kubokunun 1/16 final mərhələsinin oyunlarına start verilib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” səfərdə “Ponikve” ilə qarşılaşıb.

Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Emreli aşağı liqa təmsilçisi ilə görüşdə meydana çıxmayıb.

Xəbər xətti