"Liverpul"un ulduzu "Real"a keçə bilər

21:15 - 14 Noyabr 2023

"Liverpul"un futbolçusu Trent Aleksander-Arnold karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbvər verir ki, 25 yaşlı sağ cinah müdafiəçisinin xidmətində "Real" maraqlıdır. Bu barədə "Liverpool Echo" nəşri məlumat yayıb.

Madrid təmsilçisi arxa xətt oyunçusu üçün İngiltərə klubuna 70 milyon avroluq rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Trent Aleksander-Arnold "Liverpul"un yetirməsidir. İngiltərə millisinin üzvü cari mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti