Azərbaycan Kuboku: "Səbail, "Turan Tovuz", "Karvan", MOİK və "İrəvan" 1/8 finalda - YENİLƏNİB

18:53 - 28 Noyabr 2023

Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları start götürür.

Sportal.az xəbər verir ki, ilk oyun günündə beş matç keçirilib.

Bu gün baş tutan qarşılaşmalardan sonra "Səbail, "Turan Tovuz", "Karvan", MOİK və "İrəvan" 1/8 finala yüksəlib.

Bu mərhələnin taleyini bir oyun həll edəcək. 

Azərbaycan Kuboku
II təsnifat mərhələsi

28 noyabr

"Karvan" - "Difai Ağsu" 1:0 
Qol
: Voronsov 72
Baş hakim: Rauf Allahverdiyev
Yevlax şəhər stadionu

"Araz-Saatlı" - "İrəvan" 1:4 
Qollar
: Rəvan Əvəzov 79 (p) - Elvin Yunuszadə 4, Cavid Tağıyev 27, Vüsal Əsgərov 45+3(p), Arsen Ağcabəyov 70
Baş hakim: Kamal Umudlu
Saatlı OİK stadionu

MOİK - "Cəbrayıl" 4:0 
Qollar
: İsa Zeynallı (p), Cavidan Abbaszadə 45+3, 86, Elvin Vəliyev 73
Baş hakim: İnqilab Məmmədov
Binə qəsəbə stadionu

"Şəfa" - "Səbail" 0:7
Qollar: Samir Abdullayev 10, Yadin Luqasi 11, Adi Mehremiç 20, Taleh Qarayev 25, Amil Yunanov 39, 76, Aleksandr Ramalinqom 86
Baş hakim: Əli Əliyev
"ASCO Arena"

17:00 "Turan Tovuz" - "Göygöl" 5:1
Qol:
Ayxan Quseynov, 4, 45, Belajdi Pusi, 41, 88, Tərlan Quliyev, 90+2 (pen) - Ülvi Cəlilov, 38
Baş hakim: Tural Qurbanov
Tovuz şəhər stadionu

Xəbər xətti