"Qarabağ" - "Braqa" matçının hakimləri açıqlandı

10:14 - 20 Fevral 2024

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində fevralın 22-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – “Braqa” (Portuqaliya) qarşılaşmasının hakimləri açıqlanıb.

Sportal.az xəbər verir ki, "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Georgi Kabakov
Baş hakimin köməkçiləri: Martin Marqaritov, Diyan Valkov
Dördüncü hakim: Nikola Popov
VAR: İvaylo Stoyanov
AVAR: Draqomir Draqanov
Hakim-inspektor: Petteri Kari (Finlandiya)

Qeyd edək ki, komandalar arasında keçirilmiş ilk görüşdə "Qarabağ" 4:2 qalib gəlib.

Xəbər xətti