"Roma" aparıcı futbolçusunu saxlamaq istəyir

22:24 - 3 Mart 2024

“Roma” Paulo Dibala ilə müqavilə müddətini artırmaq niyyətindədir.

Sportal.az xəbər verir ki, “canavarlar” argentinalı ilə danışıqlara start verib.

Yeni müqavilə 2027-ci ilin yayına qədər qüvvədə ola bilər.

Hazırkı müqavilə 2025-ci ilin yayında başa çatır. Dibala “İnstituto”, “Palermo”, “Yuventus”da oynadıqdan sonra 2022-ci ildə “Roma”ya keçib.

Xəbər xətti