Birinci Liqa klubu Azərbaycan millisinin keçmiş üzvünü istəyir

15:49 - 4 Mart 2024

Birinci Liqada iddialılar sırasında yer alan "İmişli" heyətini gücləndirmək istəyir.

Sportal.az saytına verilən məlumata görə, Əsgər Abdullayevin rəhbərlik etdiyi kollektiv millimizin sabiq üzvü olan Elvin Yunuszadə ilə maraqlanır. 

Bir müddət əvvəl Kosovonun "Fuşe Kosovo" klubuna keçidi gündəmdə olsa da, viza məsələsinə görə transferi baş tutmayan müdafiəçinin yeni mövsümə hansı komandada başlayacağı isə yayda dəqiqləşəcək.

O, "Simurq", "Neftçi", "Qarabağ" kimi komandalarda oynayıb.

Xəbər xətti