Azərbaycan millisinin oyununa biletlər satışa çıxarıldı

09:34 - 13 Mart 2024

FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda martın 22-si, saat 20:00-da keçiriləcək Azərbaycan – Monqolustan və martın 25-i, saat 20:00-da baş tutacaq Azərbaycan – Bolqarıstan oyunlarının biletləri satışa çıxarılıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, bu matçlar üçün ən ucuz bilet 2 manatdır:

1-ci kateqoriya – 10 AZN
2-ci kateqoriya – 5 AZN
3-cü kateqoriya – 2 AZN
VIP1 – 30 AZN
VIP2 – 25 AZN

Xəbər xətti