Tanınmış futbolçu tarixə keçdi

12:18 - 13 Mart 2024

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Arsenal"la dünənki cavab oyununda mərkəz müdafiəçisi Pepe "Porto"nun heyətində növbəti matçına çıxıb.

Sportal.az “Opta Sports”a istinadən xəbər verir ki, portuqaliyalı 41 yaşında Çempionlar Liqasında oynamış ilk meydan oyunçusu kimi tarixə keçib.

Çempionlar Liqası tarixində portuqaliyalıdan öncə yalnız dörd yaşlı qapıçı meydana çıxıb: Mark Şvartser (2014-cü ildə 41 yaş), Aleksandr Şovkovski (2016-cı ildə 41), Canluici Buffon (2020-ci ildə 42) və Marko Ballotta (2007-cı ildə 43 ).

Xəbər xətti