"Dinamo" "Göygöl"ü məğlub etdi - VİDEO

17:52 - 16 Mart 2024

Futbol üzrə Azərbaycan II Liqasında XVII tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "Dinamo" öz meydanında "Göygöl"ü qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 22-yə yüksəkdən "Dinamo" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 28 xalı olan "Göygöl" isə 6-cı yerdədir.

"Dinamo" - "Göygöl" 3:0

Qollar: İsa Bayramov, 29 (avtoqol), Valeh Seyidov, 31, 59

Xəbər xətti