"Cəbrayıl" İmişlidən 3 xalla dönür - VİDEO

19:06 - 19 Mart 2024

Futbol üzrə Azərbaycan II Liqasında XVII tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Cəbrayıl" İmişlidə "Kür-Araz"ın qonağı olub. Qarşılaşma Cavid Hüseynovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 37-yə yüksəldən "Cəbrayıl" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 25 xalı olan "Kür-Araz" isə 8-ci yerdədir.

"Kür-Araz" - "Cəbrayıl" 1:2
Qollar: 
Müseyib Vəlizadə, 59 - Ruslan Voronsov, 41, Baxşəli Baxşəliyev, 23
Qırmızı vərəqə: Fərman Bayramov, 45

Xəbər xətti