AVRO-2024-ə vəsiqə qazanacaq son üç komanda bəli olacaq: pley-off matçları başlayır

10:34 - 21 Mart 2024

Bu gün AVRO-2024-ün final mərhələsinə vəsiqə uğrunda pley-off görüşləri keçiriləcək.

Sportal.az xəbər verir ki, Millətlər Liqası xəttindən daha 3 komanda final mərhələsinə yollanacaq.

Polşa, Estoniya, Uels, Finlandiya, İsrail, İslandiya, Bosniya və Herseqovina, Ukrayna, Gürcüstan, Lüksemburq, Yunanıstan və Qazaxıstan Almaniyadakı turnirə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

Əlavə edək ki, AVRO2-2024 iyunun 14-dən iyulun 14-nə qədər Almaniyada keçiriləcək. 

Avropa çempionatı. Pley-off

A Liqası

23:45 Polşa - Estoniya
23:45 Uels - Finlandiya

B Liqası

23:45 İsrail - İslandiya
23:45 Bosniya və Herseqovina - Ukrayna

C Liqası

21:00 Gürcüstan - Lüksemburq
23:45 Yunanıstan - Qazaxıstan

Xəbər xətti