Kasilyas "Real"da rəhbər vəzifə tuta bilər - Enrike Rikelme seçilərsə

00:19 - 5 İyun 2026

İker Kasilyas Enrike Rikelmenin komandasına qoşulub.

Sportal.az xəbər verir ki, 37 yaşlı biznesmen bildirib ki, əgər prezident seçkilərində qalib gəlsə, keçmiş qapıçını "Real"ın ali rəhbərliyində vəzifəyə təyin edəcək.

Daha əvvəl Rikelme həmçinin qeyd etmişdi ki, onun qalibiyyəti halında klubun idman direktoru Raul Qonzales, akademiyanın rəhbəri isə Fernando Hierro olacaq.

Qeyd edək ki, klubda prezident seçkiləri 7 iyunda keçiriləcək və Rikelme hazırkı prezident Florentino Pereslə mübarizə aparacaq.

Xəbər xətti