Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

23:57 - 27 İyul 2026

Kilian Mbappe yeni baş məşqçinin rəhbərliyi altında da Fransa yığmasının kapitanı olaraq qalacaq.

Sportal.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. Sabah Fransa Futbol Federasiyası mətbuat konfransı keçirəcək. Federasiyanın prezidenti Filipp Diallo burada milli komandanın yeni baş məşqçisinin adını açıqlayacaq. Bu vəzifəyə Zinədin Zidanın təyin olunacağı gözlənilir.

Məlumata görə, Zidan komandaya öz oyun üslubunu və ideyalarını gətirməyi planlaşdırır. O, yeni futbolçulara da şans vermək niyyətində olsa da, uzun illərdir tanıdığı Kilian Mbappe kimi lider oyunçulara güvənəcək.

Gözlənilir ki, 27 yaşlı hücumçu kapitan sarğısını qoruyub saxlayacaq. Bildirilir ki, 54 yaşlı mütəxəssis Mbappeni komandanın kapitanı kimi görmək istəyir, çünki tərəflər bir-birini yüksək qiymətləndirir və qarşılıqlı hörmət bəsləyirlər.

Xəbər xətti