"İnter" heyətini Con Stounz ilə gücləndirməyə çox yaxındır.
Sportal.az xəbər verir ki, 32 yaşlı müdafiəçi Milan klubuna keçid üçün şifahi razılıq verib. Ona mövsümə 4 milyon avro maaşla 2 illik müqavilə təklif olunub. Tərəflər hazırda transferin son detallarını razılaşdırırlar və futbolçunun tibbi müayinəsinin tarixi hələ müəyyənləşdirilməyib.
Daha əvvəl futbolçu ilə "Yuventus", "Arsenal" və "Çelsi" də maraqlanırdı.
Stounz "Mançester Siti"dən ayrıldıqdan sonra azad agent statusu alıb. O, ötən mövsüm Premyer Liqada 9 oyuna çıxıb və qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
saytlarin hazirlanmasi
