"Milli komandada oynamaq mənim ən böyük ehtirasım və sevincimdir"

15:16 - 11 Noyabr 2026

"Real"ın hücumçusu Endrik Braziliya millisində oynamağın onun üçün ən böyük sevinc mənbəyi olduğunu bildirib.

Sportal.az xəbər verir ki, 20 yaşlı hücumçu şənbə günü Sinqapurda Yaponiyaya qarşı keçiriləcək yoldaşlıq oyunu öncəsi danışıb.

O, bu görüşdə oynamaq istədiyini deyib:

“Milli komandada olmaqdan daha yaxşı heç nə yoxdur. Milli komandada oynamaq mənim ən böyük ehtirasım, ən böyük sevincimdir. Həmişə milli komandaya kömək edəcəyimə ümidlə yanaşıram. Şans verilərsə də, ən yaxşısını edəcəm".

Qeyd edək ki, bu yaxınlarda braziliyalı futbolçunun "Sportinq”ə keçə biləcəyi ilə bağlı xəbərlər yayılıb.

20 yaşlı futbolçunun "Real"la müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.

Xəbər xətti