AMADA-dan seminar

22:51 - 11 Noyabr 2026

Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) gənc qızlardan ibarət milli komandanın üzvləri üçün birgə maarifləndirici seminar təşkil edib.

Sportal.az xəbər verir ki, təlimin əsas məqsədi idmançılara təmiz və ədalətli idman prinsiplərini aılamaq, eləcə də dopinqin sağlamlığa və karyeraya vurduğu zərərlər barədə məlumatlılığı artırmaq olub.

Tədbir zamanı beynəlxalq anti-dopinq qaydaları, qadağan olunmuş maddələr və bəzi dərmanların tərkibindəki riskli komponentlər haqqında detallı sunum olunub. Şəxsi preparat qəbulunda diqqətli olmağın vacibliyi bildirilib, idmançı, həkim və məşqçi üçbucağında davamlı kommunikasiyanın həlledici rol oynadığı diqqətə çatdırılıb.

Xəbər xətti