Messi və Qrizmann MLS-də mükafatlara namizəd göstərildi

23:48 - 12 Noyabr 2026

Lionel Messi ardıcıl üçüncü dəfə Lendon Donovan adına mükafatı qazana bilər.

Sportal.az xəbər verir ki, “İnter Mayami”nin hücumçusu MLS-də mövsümün ən dəyərli futbolçusu mükafatına namizəd göstərilib. Messi ilə yanaşı, Evander (“Sinsinnati”), Gilyerme Viyeyra (“Hyuston Dinamo”), Hani Muxtar (“Neşvill”) və Kavan Sallivan (“Filadelfiya Yunion”) da mükafat uğrunda mübarizə aparacaq.

“Orlando Siti”nin formasını geyinən Antuan Qrizmann isə ilin ən yaxşı yeni futbolçusu mükafatına namizədlər sırasındadır. Fransalı futbolçunun bu mükafat uğrunda rəqibləri Evander və “Kanzas-Siti”nin oyunçusu Andre Luis olacaq.

Xəbər xətti