"Sabah"ın legioneri oynadı, millisi Rusiyaya uduzdu - VİDEO

11:16 - 13 Noyabr 2026

"Sabah"ın futbolçusu Umarali Rahmonaliyev Özbəkistan millisində növbəti görüşünü keçirib.

Sportal.az az xəbər verir ki, özbəklər Rusiya yığması ilə yoxlama matçına çıxıb.

Matç rusların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Umarali 89-cu dəqiqədə Rizakulovun əvəzinə meydana çıxıb.

Özbəkistan millisi noyabrın 17-də Səudiyyə Ərəbistanı ilə yoldaşlıq oyununa çıxacaq.

Xəbər xətti