Azərbaycanın qadın həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kubokunda növbəti oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, təmsilçimiz III mərhələnin ilk görüşü çərçivəsində Şimali Makedoniyanın “Çair” komandası qarşılaşacaq. Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək matç saat 17:00-da başlanacaq.
Cavab dueli noyabrın 15-də eyni arenada təşkil olunacaq. Xatırladaq ki, “Kür” 2-ci raundda APOEL-i (Kipr) hər iki qarşılaşmada məğlub edərək mübarizədən kənarlaşdırıb.
saytlarin hazirlanmasi

