"Fənərbaxça"nın müdafiəçisi "Liverpul"un transfer siyahısında

19:42 - 13 Noyabr 2026

İngiltərənin "Liverpul" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Fənərbaxça"da çıxış edən Arçi Braunu transfer etmək istəyir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

"Liverpul"un idman direktoru Culian Vard ingiltərəli futbolçunu klubun transfer siyahısına daxil edib. "Qırmızılar" 24 yaşlı sol cinah müdafiəçisini mövsüm ərzində izləməyə davam edəcəklər.

Qeyd edək ki, "Fənərbaxça" Arçi Braunu 2025-ci ilin yayında "Gent"dən 8 milyon avroya transfer edib. İngiltərə U-20 millisinin sabiq üzvü cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti