"Digərlərinə baxanda, "Qarabağ" bu klubla başa-baş mübarizə apara bilər"

14:29 - 9 Avqust 2013

Elxan Abdullayev: "Bu rəqiblər “Gefle”, “Pyast” kimi klublardan çox güclüdür"

 

“Dünən “Qarabağ” bütün Azərbaycanı sevincə qərq etdi. Mən əmin idim ki, Ağdam təmsilçisi növbəti mərhələyə vəsiqə qazanacaq. Gözəl futbol nümayiş etdirdilər".

 

Bu sözləri Sportal.az-a açıqlamasında futbol mütəxəssisi Elxan Abdullayev deyib. Abdullayev potensial rəqiblərin güclü olmasını da fikirlərinə əlavə edib:

 

"Potensial rəqiblərə gəldikdə isə bu klubların 5-də çox güclü komandalardır. Mən hesab edərdim ki, bunların içində ən münasibi Danimarkanın “Nordşelland” klubu olardı. Digərlərinə baxanda, nisbətən “Qarabağ” bu klubla başa-baş mübarizə apara bilər. “Sevilya”, azarkeşlər üçün yaxşı, “Qarabağ” üçün isə çox çətin rəqibdir. Bəzi azarkeşlər istəyirlər ki, dünyanın ən güclü klubunu Bakıda görsünlər.  Bu rəqiblər “Gefle”, “Pyast” kimi klublardan çox güclüdür”. 

Xəbər xətti