Anri yenidən "Arsenal"da FOTO

12:24 - 23 Noyabr 2013

Futbolçu sabiq komandası ilə məşqlərə başladı
 
"Nyu-York Red Bulls" klubunun hücumçusu Tyerri Anri yenidən İngiltərəyə geri dönüb.
 
Sportal.az xəbər verir, ABŞ liqasında yaranan fasilədən istifadə edən fransız oyunçu keçmiş klubu "Arsenal"ın məşqlərinə qatılıb. 
 
Futboldan uzaq qalmamaq üçün hücumçu yenidən Arsen Vengerlə çalışır. Britaniya mətbuatı iddia edib ki, klubun futbolçusu Oliver Jirunun əvəzləyicisi Bendtner istənilən oyunu nümayiş etdirmədiyi üçün Anri yenidən "Arsenal"a transfer oluna bilər. 36 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanacağı yazılıb.

Xəbər xətti