17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, "Sabah"ın oyunçusu İbrahim Xəlilov zədələndiyi üçün onun yerinə “Sumqayıt”ın üzvü Emil Həsənov milliyə dəvət olunub.
Qeyd edək ki, U-17 fevralın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Komanda fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək.
saytlarin hazirlanmasi