"Boluspor"un heyətində meydana çıxdığım hər matçda ən yaxşısını edirəm. Doğrudur, çox da oynamamağımın səbəbini bilmirəm. Bununla bağlı suallara da cavab tapmamışam. Lakin mənə verilən şansı dəyərləndirib, daha yaxşı olmağa çalışacam. Bunun reallaşa biləcəyindən əminəm".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Boluspor"un azərbaycanlı futbolçusu Vüsal İsgəndərli deyib.
"Boluspor"da gözlənildiyindən az oynayan həmyerlimizin qış "transfer pəncərəsi" zamanı komandasını dəyişəcəyi gözlənilirdi. O, ciddi təkliflər aldığını, lakin sonda Türkiyə klubunda qalmağa qərar verdiyini dilə gətirib:
"Bosniya və Herseqovina və Şimali Makedoniyanın 2 köklü klubundan təklif almışdım. İstəkləri ciddi idi. Ancaq mən "Boluspor"da qalmağa üstünlük verdim. Bütün fikrimi indiki klubuma yönəltmişəm".
Son toplanışlarda milliyə dəvət edilməyən İsgəndərli qarşıdakı ayda yığma komandamızın heyətində yer almaq istədiyini söyləyib: "Bilirsiz, buna qədər milli komandaya dəvət almamağım çox normal idi. Çünki "Boluspor"da oynamırdım. Bu da öz təsirini göstərirdi. Daha çox oynayıb, o şansı dəyərləndirib milli komandaya yenidən dəvət olunmaq istəyirəm. Hər zaman Azərbaycan millisi üçün oynamağa hazıram".
Mirbağırağa
saytlarin hazirlanmasi