Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Trabzonspor"dan Eren Elmalını transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qalatasaray" türk futbolçu üçün onun klubuna 129 milyon TL təzminat ödəyəcək. 24 yaşlı sol cinah müdafiəçisi ilə 3,5+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Trabzonspor" Eren Elmalını 2022-ci ilin yayında "Kasımpaşa"dan transfer etmişdi. Türkiyə millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi