"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi xəstəxanaya yerləşdirildi

17:29 - 12 Fevral 2025

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çetinin səhhətində problem yaranıb.

Sportal.az xəbər verir ki, türk mütəxəssis xəstəxanaya yerləşdirilib. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

61 yaşlı məşqçinin beyninə qan sızıb. Onun reanimasiyada olduğu bildirilir.

Qeyd edək ki, Oğuz Çetin 2014-cü ildə "Xəzər Lənkəran"da çalışıb. O, bir müddət Türkiyə milli komandasının da baş məşqçisi olub.

Xəbər xətti