"Mançester Yunayted" müdafiəçi üçün 75 milyon avro ödəməyə hazırdı

19:28 - 12 Fevral 2025

"Leypziq"in müdafiəçisi Kastello Lyubeka karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Premyer Liqa nəhəngi Lyukebanı yayda heyətinə qatmağı planlaşdırır. 23 yaşlı mərkəz müdafiəçisinin sərbəstqalma məbləği 75 milyon avrodur. "Mançester Yunayted" bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, "Leypziq" Kastello Lyukebanı 2023-cü ilin avqust ayında "Lion"dan transfer edib. Fransa U-23 millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 18 rəsmi matçda meydana çıxıb. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.

Xəbər xətti