"Atletiko" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

20:17 - 12 Fevral 2025

"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes La Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" ispan futbolçunu transfer etmək istəyir. Bu barədə "El Nacional" televiziyası məlumat yayıb.

Madrid klubu 21 yaşlı orta xətt oyunçusu üçün qarşı tərəfə 40 milyon funt-sterlinqlik təklif göndərəcək.

Qeyd edək ki, "Barselona" Fermin Lopesi 2016-cı ildə "Betis"in akademiyasından heyətinə qatıb. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti