"Barselona"dan Levandovski ilə bağlı qərar

21:56 - 12 Fevral 2025

İspaniyanın "Barselona" klubu Robert Levandovskinin gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, polşalı forvardın müqaviləsinin müddəti uzadılacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Levandovskinin 2026-cı ilin yayında başa çatmalı olan sözləşməsi daha 1 il artırılacaq. Artıq bu barədə 36 yaşlı hücumçu ilə razılıq əldə olunub.

Qeyd edək ki, "Barselona" Robert Levandovskini 2022-ci ilin yayında "Bavariya"dan transfer edib. Polşa millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 31 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti