AFFA "Neftçi"ni 1500 manat cərimələdi

15:04 - 12 Fevral 2025

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub: 

Azərbaycan Kuboku 1/4 final

5 fevral 2025-ci il tarixində Azərbaycan Kubokunda 1/4 finalın “Kəpəz” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

6 fevral 2025-ci il tarixində Azərbaycan Kubokunda 1/4 finalın “Araz-Naxçıvan” – “Zirə” oyununda “Zirə” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilsin (maddə 37);

6 fevral 2025-ci il tarixində Azərbaycan Kubokunda 1/4 finalın “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilsin (maddə 51.2);

Misli Premyer Liqası XXII tur

10 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXII turun “Araz-Naxçıvan” – “Kəpəz” oyununda “Kəpəz” klubunun heyətində 4 nəfər sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilsin (maddə 37);

Xəbər xətti