Bolqarıstanın U-21 yığmasının baş məşqçisi Aleksandr Dimitrov AVRO-2027-nin püşkatma mərasiminin nəticələrinə əsasən, komandalarının Azərbaycanla eyni qrupda yer almasından bəhs edib.
Sportal.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan bolqar mütəxəssis yığma komandamız barədə bunları deyib:
"Qrupun favoriti Portuqaliya yığmasının olduğu açıq-aşkar görünür. Deyə bilərik ki, 4-cü səbətdən ən güclü rəqib isə Şotlandiyadır. Çünki onlar ən yüksək reytinqə malik idilər. Rəqiblərimizdən biri Azərbaycandır. Biz Azərbaycanla bu yaxınlarda yoldaşlıq oyunu keçirmişdik. Baxmayaraq ki, o vaxt onların geniş heyəti var idi. Hər halda, yenidən onlarla maraqlanacağıq".
Qeyd edək ki, yığma komandamızın rəqibləri Bolqarıstanla yanaşı, Portuqaliya, Çexiya, Şotlandiyadır.
saytlarin hazirlanmasi